...

AZƏRBAYCANDA NARKOTİK MADDƏLƏRƏ GÖRƏ 1558 NƏFƏR SAXLANILIB

Siyasət Materials 26 Avqust 2005 17:43 (UTC +04:00)

2005-ci ilin yeddi ayı ərzində respublika ərazisində narkotiklərlə bağlı 1558 cinayət faktı qeydə alınıb ki, bunlardan 486-sı narkotik maddələrin satışı ilə bağlıdır.Bu barədə Trend agentliyinə narkomaniya ilə mübarizə və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi üzrə Dövlət komissiyasında bildirilib.

Həmin dövrdə ayrı-ayrı şəxslərdən 205,2 kq narkotik vasitə, psixotrop maddələr və prekursor, o cümlədən 12,3 kq heroin, 26,6 kq tiryək, 19 kq-dan çox xaşxaş, 139 kq-dan çox marixuana, 11 min 73 həb və 10 ampula psixotrop dərman preparatları, 8,7 kq sirkə anhidridi götürülüb.

Cari ilin yeddi ayı ərzində belə cinayət törətdiklərinə görə 1558 şəxs, o cümlədən 49 əcnəbi vətəndaş məsuliyyətə cəlb edilib.Əcnəbilərin 24-ü İran vətəndaşı, 19 - Gürcüstan, 2 - Əfqanıstan, 2 - Rusiya, 1 - Ukrayna və 1 - Özbəkistan vətəndaşıdır. Onlardan 10 kq -dan çox müxtəlif növlü narkotik vasitələr götürülüb.

Xəbər lenti

Xəbər lenti