...

MOSKVADA AZƏRBAYCAN GƏNCLİYİ GÜNLƏRİ BAŞLAYIB

Siyasət Materials 14 Sentyabr 2005 17:22 (UTC +04:00)

Sentyabrın 14-də Moskvada Azərbaycan gəncliyi günləri başlayıb. AR gənclər,idman və turizm nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətov Trend ə bildirib ki, günlər Rusiyada Azərbaycan ili çərçivəsində keçirilir.

Nümayəndə heyətinin tərkibinə nazirliyin rəsmi nümayəndə heyəti olaraq nazir müavini İntiqam Babayevin başçılığı ilə müxtəlif gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı müxtəlif musiqi kollektivləri və yaradıcı şəxslərdən ibarət nümayəndə heyəti də daxildir.

Sentyabrın 17-dək davam edəcək həmin günlər çərçivəsində Rusiyanın paytaxtında müxtəlif mədəni tədbirlər, sərgilər, görüşlər keçiriləcək.Azərbaycan öz mədəniyyətini və incəsənətini nümayiş etdirəcək. Azərbaycan gəncliyi günlərinin bağlanış mərasimində AR gənclər, idman və turizm naziri Əbülfəz Qarayev də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti