...

Dairə Seçki Komissiyalarının kompüter mütəxəssisləri üçün seminar-müşavirə keçirilib

Siyasət Materials 25 Oktyabr 2005 13:11 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzində dairə seçki komissiyalarında işləyən və seçki günü səsvermənin ilkin nəticələrini MSK-ya çatdıran kompüter mütəxəssisləri üçün seminar-müşavirə keçirilib. Trend in məlumatına görə, KİV nümayəndələrinin iştirakı ilə keçən tədbirdə "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev kompüter mütəxəssislərinə qarşıdan gələn parlament seçkilərində vəzifələrinin icrası ilə bağlı izahlar verib, onları seçki prosesinin qaydaları barədə məlumatlandırıb.

İ.Babayev ötən həftə dairə seçki komissiyalarında (DSK) texniki inventarlaşdırma işinin uğurla başa çatdığını və 125 DSK-nın kompüter avadanlıqları ilə tam təmin olunduğunu qeyd edib. O, MSK-nın qərarı ilə təsdiqlənmiş Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən seçkidə istifadə olunması haqqında Təlimatla mütəxəssisləri və KİV nümayəndələrini tanış edib. İ.Babayevin verdiyi məlumata görə, 2000-ci ildə parlament seçkilərində seçki dairələrinə 300 nəfər mütəxəssis Bakıdan ezam olunduğu halda, bu ilki seçkidə kənardan bir nəfər də mütəxəssis cəlb edilməyib, yalnız yerli kadrlardan istifadə olunub. İ.Babayev bilidrib ki,məntəqə seçki komissiyalarının protokolları DSK-lar tərəfindən qəbul edilib Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə MSK-ya göndəriləcək. İqbal Babayev kompüter mütəxəssislərinin vəzifələrini onlara bir daha xatırladaraq işləri operativ, şəffaf, düzgün qurmaları tapşırığını verib. Onun sözlərinə görə, DSK-lardakı kompüter otaqları açıq olmalıdır və hər bir vətəndaşın seçki ilə bağlı informasiyaların qəbul edilib ötürülməsinə nəzarət etmək, bu proseslə tanış olmaq hüququ var.

Sonra "Seçkilər" İnformasiya Mərkəzinin əməkdaşlarından şöbə müdiriləri Məzahir Cəmilov, Ramil Hüseynov və digərləri DSK-larda işləyən kompüter müxətəssislərinin vəzifə funksiyaları, seçki günü istifadə edilən proqram təminatının işlədilməsi, informasiya mərkəzinin iş reqlamenti barədə məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti