...

Musa Hümbətov: "Cəzaçəkmə müəssisələrində 300-dən artıq əcnəbi məhbus cəza çəkir"

Siyasət Materials 25 Oktyabr 2005 17:22 (UTC +04:00)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) tabeliyində olan cəzaçəkmə müəssisələrində 300-dən artıq əcnəbi məhbus cəza çəkir. Bu barədə Trend ə MQİBİ-nin qərargah rəisi Musa Hümbətov məlumat verib.

"Əcnəbi məhbuslardan 100-ü İran İslam Respublikasının vətəndaşıdır. Yaxın günlərdə onların öz ölkələrinə qaytarılması prosesinin icrasına başlanması nəzərdə tutulub. Bu proses Azərbaycanla İran arasında bağlanmış hüquqi akt çərçivəsində həyata keçiriləcək. Cari ilin sonuna qədər 50 məhkumun İrana verilməsi planlaşdırılır", - deyə Musa Hümbətov bildirib.

Qərargah rəisinin sözlərinə görə, əcnəbi məhkumların yerdə qalan qismi isə Rusiya, Ukrayna, Türkiyə və Qazaxıstan vətəndaşlarından ibarətdir. Onların da ölkələrinə qaytarılması və həmin ölkələrdə cəza çəkən vətəndaşlarımızın yerli cəzaçəkmə müəssisələrimizə verilməsi istiqamətində danışıqlar gedir.

Xəbər lenti

Xəbər lenti