...

Seçkini izləyəcək Bolqarıstan müşahidəçiləri artıq Azərbaycandadır

Siyasət Materials 3 Noyabr 2005 17:52 (UTC +04:00)

Bolqarıstanın "Azad və Demokratik Seçkilər Naminə Vətəndaş Təşəbbüsü" qeyri-hökumət təşkilatı parlament seçkilərini müşahidə edəcək. Trend in məlumatına görə, müşahidə missiyasının nümayəndələri noyabrın 3-də Beynəlxalq Mətbuat mərkəzində mətbuat konfransı keçirib və bu barədə açıqlama veriblər.

Bildirilib ki, bu təşkilat Azərbaycanda 4-cü dəfədir ki, seçkiləri müşahidə edəcək, 2000-ci il parlament, 2003-cü il prezident, 2004-cü il bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak ediblər. Onların ekspertlərinin metodoloji və praktiki köməyi əsasnıda ölkəmizdə ilk dəfə "exit-poll" və "quick count" tipli sorğular keçirilib.

Bolqarıstanın QHT-si Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəvəti ilə 6 noyabr parlament seçkilərinin də monitorinqni aparacaq. Bu məqsədlə müxtəlif sahələrdə ixtisaslaşan 26 nəfər bolqarıstanlı mütəxəssis artıq Azərbaycana gəlib. İndiki mərhələdə isə bolqar mütəxəssisləri seçkilərin total monitorinqini aparmağa yardım göstərmək üçün fəaliyyət göstərirlər. Seçki gününə qədər Bolqarıstanın "Azad və Demokratik Seçkilər Naminə Vətəndaş Təşəbbüsü" təşkilatının ölkəmizə gələn müşahidəçilərinin sayı artacaq. Seçki günü təxminən 38 nəfər bolqar müşahidəçinin seçkinin monitorinqini aparması nəzərdə tutulub. Həmçinin Bolqarıstanın Mərkəzi Seçki Komissiyası və Parlamenti də öz müşahidəçilərini göndərəcək. Onların sayı isə 13 nəfər olacaq. Bolqarıstanın QHT-si öz müşahidələrinin əsasında sonra məruzə hazırlayacaq. Müşahidəçilər qrupu noyabrın 10-da ölkələrinə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti