...

Birləşmiş Ərəb Əmirliklərinin Şarja Əmirliyinin əmiri Bakıya səfər edəcək

Siyasət Materials 9 Noyabr 2005 14:20 (UTC +04:00)

Azərbaycan hökumətində Birləşmiş Ərəb Əmirlikləri Şarja Əmirliyinin əmiri Bin Məhəmməd Əl Qasiminin Azərbaycana rəsmi səfərinə hazırlıq gedir. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

Səfər çərçivəsində Şarja günlərinin, həmçinin, hər iki ölkənin işgüzar adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində əmiri BƏƏ-nin işgüzar adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Ölkə istehsalının 60%-nın payına düşdüyü Şarja əmirliyi əhəmiyyətinə görə BƏƏ-də üçüncü əmirlikdir. Bu planda qarşıdakı səfər hər iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına şərait yaratmalıdır. Səfər çərçivəsində əməkdaşlığın inkişafını hüquqi əsaslarla təmin edəcək bir sıra sənədlərin imzalanması da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti