...

Vyanada Azərbaycanın UNIDO ilə əməkdaşlıq perspektivləri müzakirə olunur

Siyasət Materials 5 Dekabr 2005 16:35 (UTC +04:00)

Azərbaycanın BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNIDO) ilə əməkdaşlığının perspektivləri Vyanada Azərbaycanın xarici işlər naziri Mahmud Məmmədquliyevin təşkilatın 11-ci sessiyası çərçivəsində onun rəhbərliyi ilə müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Sessiyada çıxış edən nazir müavini sessiyanın iştirakçılarını təşkilatın gələcək fəaliyyəti ilə bağlı Azərbaycanın mövqeyilə tanış edib.

M.Məmmədquliyev UNIDO-nun baş direktoru Kandeh Yumkella, eləcə də Avstriya hökumətinin rəsmi şəxsləri, o cümlədən, Ticarət-Snaey Palatasının nümayəndələri, əmək və sənaye naziri, Azərbaycan-Avstriya hökaumətlərarası komissiyasının həmsədrləri ilə görüşlər keçirib. Görüşlərdə 2 ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin, təşkilatın komissiyasının növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı məsələni də müzakirə ediblər.

M.Məmmədquliyev eləcə də Belçikanın ATƏT yanında daimi nümyaəndəsi, səfir Bertran de Krombryuqqe, ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Helq Kondradla və digərləri ilə görüşüb. Görüşlərdə ATƏT-in Azərbaycanla insan haqları və iqtisadi göstəricilərlə bağlı əməkdaşlığın davam etdirilməsi məsələlri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti