...

Parlamentə getməyən "Azadlıq" bloku seçki komissiyalarının yenidən formalaşdırılmasında iştirak etməyəcək

Siyasət Materials 6 Dekabr 2005 17:44 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyalar yeni formalaşdırılacaq seçki komissiyalarında təmsil olunmayacaq". Trend in məlumatına görə, bu məlumatı jurnalistlərə açıqlamasında "Azadlıq" blokunun həmsədri Əli Kərimli verib.

Ə.Kərimli qeyd edib ki, bloka daxil olan üç partiya 6 noyabr parlament seçkilərinin nəticələrini və bu seçki əsasında formalaşan parlamentin legitimliyini tanımır. Buna görə də blokun seçkidə qalib gəlmiş namizədləri deputat mandatlarından imtina edirlər və parlamentin işində iştirak etmirlər. Parlamentdə təmsil olunmaqdan imtina etdiyinə görə də "Azadlıq" bloku yenidən formalaşdırılacaq Mərkəzi Seçki Komissiyasına (MSK), həmçinin dairə və məntəqə seçki komissiyalarına öz nümayəndələrini təyin etməyəcəklər: "Biz Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının poritet əsasda formalaşdırılmasının tərəfdarıyıq. İndiki tərkibdə isə seçki komissiyalarının formalaşdırılmasında iştirak etməyəcəyik"-deyə "Azadlıq" blokunun həmsədri vurğulayıb.

O, həmçinin, qeyd edib ki, blok parlamentdə qazandığı deputat mandatından imtina barədə qərarını dəyişməyib.

Xəbər lenti

Xəbər lenti