...

MSK katibi: Təkrar parlament seçkilərinə hazırlıq artıq seçki təyin olunan gündən başlanmış sayılır

Siyasət Materials 10 Dekabr 2005 11:31 (UTC +04:00)
MSK katibi: Təkrar parlament seçkilərinə hazırlıq artıq seçki təyin olunan gündən başlanmış sayılır

Prezidentin sərəncamı ilə mayın 13-də keçiriləcək təkrar parlament seçkilərinə hazırlıq işləri seçki təyin olunan gündən başlanır. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

O, bildirib ki, 6 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı MSK-nın həyata keçirdiyi tədbirlər, bu seçkidə tətbiq olunan bütün prosedur qaydalar eyni ilə təkrar seçkidə də həyata keçiriləcək. Natiq Məmmədov qeyd edib ki, əvvəlcə namizədlərin qeydiyyata alınması başlanacaq, sonra təbliğat-təşviqat kampaniyasına start veriləcək və təyin olunmuş vaxtda da seçki keçiriləcək.

MSK katibinin sözlərinə görə, təkrar seçkidə də yerli və xaricilər müşahidəçilər seçkini izləyəcək, bunun üçün MSK tərəfindən lazımi tədbirlər görüləcək, şərait yaradılacaq.

Qeyd edək ki, 13 mayda parlamentdə təkrar seçki 10 dairə üzrə keçiriləcək. Bunlar 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələridir.

Xəbər lenti

Xəbər lenti