...

Robert Simmons: Yaxın 2 ayda Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq Proqramının reallaşdırılması gedişi barədə ilkin sənəd dərc olunacaq

Siyasət Materials 6 Yanvar 2006 17:57 (UTC +04:00)

Yaxın iki ayda Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq Proqramının (FTP) reallaşdırılması gedişi barədə ilkin sənəd dərc olunacaq.

Trend in məlumatına görə, bu barədə yanvarın 6-da Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyasının iştirakçıları ilə televiziya konfransında NATO-nun Cənubi Qafqaz və Orta Asiyada xüsusi nümayəndəsi Robert Simmons bəyan edib.

"NATO Azərbaycan və Gürcüstanla FTP-nın gedişinin reallaşdırıdlmasından məmnunluğunu ifadə edir. Gürcüstan artıq rəsmi səviyyədə NATO-ya daxil olmaq istəyini elan edib və Brüssel bu arzunun yerinə yetirilməsi məqsədilə işlər həyata keçirir", -deyə R. Simons qeyd edib ki, "eləcə də NATO ilə Ermənistan arasında da münasibətlər müsbətdir, lakin o qədər də fəal deyil".

Bununla yanaşı R. Simmons qeyd edib ki, NATO " Cənubi Qafqazda və Orta Asiyada energetika resurslarının ilə əlaqədar məsələlərə xüsusi həssaslıqla yanaşır, eləcə də "Cənubi-Qafqaz regionunda enerji ehğtyatlarının təhlükəsizliyinin təminatına böyük diqqət ayırır". NATO baş katibinin nümayəndəsi qeyd edib ki, bu məqsədlə bir sıra proqram və layihələrin reallaşdırılması nəzərdə tutulub. Lakin R.Simmons onların detallarını konkretləşdirməyib.

Eyni zamanda, R. Simmons Şimali Atlantika Alyansının "Ortğa Asiyada və Cənubi Qafqazdakı ölkələr arasında heç bir fərq qoymadığını" bildirib. "Brüsselin işlədiyi təkliflər heç bir istisna olmadan bütün dövlətlərə bərabər ölçüdə aiddir", -deyə sonda R. Simmons bildirib.

Qeyd edək ki, telekörpünün əsas mövzusu "" Avro-atlantika regionunda energetika təhlükəsizliyinin təminatı"ndan ibarət olub və dünyanın 20 ölkəsindən həm xarici, həm də yerli ekspertlər iştirak edib. Ekspertlər MDB, Şərqi Avropa və NATO-ya üzv olan ölkələri təmsil ediblər. Sessiyanın özü isə dekabrın 31-dən yanvarın 6-na kimi Quba şəhərində keçirilib. Qış sessiyasının işində ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov, Azərbaycan XİN rəhbərinin myavini Araz Əzimov, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, BP şirkətinin nümaynədəsi, NATO-nun enerji forumunun prezidenti Kevin Rozner iştirak edib. Telekörpü Azərbaycanın XİN-nin, NATO-nun İctimai Diplomatiya İdarəsi və Azərbaycanın QHT-nın dəstəyi ilə təşkil olunub.

Belə telekörpülər Azərbaycanda 2001-ci ildən NATO-nun ekspert dəstəyi ilə keçirilir. ƏsasənÖ belə telekörpülər yay sessiyasının keçirilir və hazırki müzakirələr ilk "qış" telekonfranslarındandır.

Xəbər lenti

Xəbər lenti