...

Regional Elm Mərkəzi zərərvericilərə qarşı ekoloji mübarizə üsulu təklif edir

Siyasət Materials 7 Yanvar 2006 11:45 (UTC +04:00)

AMEA Gəncə Regional Elm Mərkəzi "Boyaq emalı texnologiyası" laboratoriyasının əməkdaşları kənd təsərrüfatında bitki zərərvericilərinə qarşı yeni mübarizə üsulları işləyib hazırlayıb. Belə ki, onlar bioloji mübarizə üsulu kimi ziyanvericilərə qarşı daha təsirli olan bitki mənşəli pestisidlər hazırlayıblar. Mərkəzdən Trend in regional bürosuna verilən məlumata görə, ətraf mühiti çirkləndirən və indiyədək geniş tətbiq olunan kimyəvi maddələrdən fərqli olaraq yeni hazırlanmış pestisidlərin istifadəsi iqtisadi və ekoloji cəhətdən tam əlverişlidir.

"Kompleks ekolojiləşdirilmiş bitki mühafizəsi" adlandırılan bu üsulda tətbiq olunan pestisidlərin əsas tərkibini qərb bölgəsinin bitki örtüyündə tez-tez rast gəlinən yovşan bitkisi təşkil edir. Mərkəzin adıçəkilən elmi-tədqiqat laboratoriyasında bu məqsədlə 7 faizli pestisid məhlulu hazırlamaq üçün 700 q yovşanın yerüstü hissəsi xırda doğranaraq üzərinə 10 l su əlavə edilib. Alınmız qatışıq 30 dəqiqə qaynadılaraq onun üzərinə 50 q sabun əlavə edilib. Bu minvalla hazırlanmış preparat institutun təcrübə sahəsində gavalı ağacının 80 faiz yoluxmuş zərərvericilərinə qarşı sınaqdan keçirilib. Nəticədə preparat məhlulu səpildikdən 5 gün sonra ziyanvericilərin miqdarı 35 faiz, 10 gün sonra 21 faiz, 15 gün sonra 10 faiz olub.

Hazırda preparatın elmi əsaslandırılması üzərində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti