...

Fransa səfiri Azərbaycanda diplomatik missiyasını başa vurur

Siyasət Materials 30 Yanvar 2006 20:13 (UTC +04:00)

Azərböaycan prezidenti İlham Əliyev yanvarın 30-da ölkəmizdə öz diplomatik missiyasını başa vuran Fransanın Bakıdakı səfiri Roman Blatmanı qəbul edib.

Diplomat Azərbaycanla Fransa arasında əlaqələrin uğurlu inkişafından danışıb. O, dövlət başçısına onun Fransanın səfiri səlahiyyətlərinin icrası zamanı göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

İ.Əliyev diplomata Azərbaycan-Fıransa əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Prezident Azərbaycan -Fransa əlaqələrinin uğurla inkişaf edəcəyini və onların gələckdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti