...

Millət vəkili Aynur Camalqızı: "Mən düzgün addım atmışam"

Siyasət Materials 15 Fevral 2006 16:09 (UTC +04:00)

Millət vəkili Aynur Camalqızı siyasi mövqeyinə görə partiya sıralarından uzaqlaşdırılıb. Bu barədə Trend ə Müsavat Partiyası sədrinin müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, adıçəkilən partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası A.Camalqızının partiya sıralarına bərpası ilə bağlı qəbul etdiyi qərarından Apellyasiya Məhkəməsinə şikayət edib. A.Hacılı bildirib ki, A.Camalqızının partiya sıralarına bərpası mümkün olmayan işdir.

A.Camalqızı isə Müsavatın onun məsələsi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etməsindən xəbəri olmadığını bildirib. Qeyd edib ki, adıçəkilən instansiyadan çağırış gələrsə səlahiyyətli nümayəndəsini və yaxud da vəkilini göndərəcək. Millət vəkili siyasi mövqeyinə görə partiya sıralarından xaric edilməsi ilə bağlı A.Hacılının fikrinə də münasibət bildirib: "Divanın iclasında olarkən "Lider" telekanalında çıxışımı mənə irad tutdular. Bu irad isə məntiqsizdir. Çünki Müsavatın funksionerləri gündə telekanallarda çıxışlar edirdilər. Adil Qeybullanın təbliğatı Az.TV-də aparılırdı. Buna görə də onlar partiyadan xaric edilməliydilər? "

A.Camalqızı onu da bildirib ki, "Lider" kanalında o, yalnız Müsavat rəhbərliyinin səhv mövqedən çıxış etməsini söyləyib: "Hər halda onların işlətdiyi kəskin ifadələr söyləməmişəm ki, buna görə partiyadan xaric ediləm". Millət vəkili qeyd edib ki, əgər Müsavat təkrar seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edibsə, deməli, onun parlament seçkilərinə qatılmasına da irad tutula bilməz: "Müsavat rəhbərliyinin digər bir iradı isə onlarla razılaşmadan seçkilərdə iştirakım olubsa, bu da məntiqlə uyğunlaşmır. Çünki Müsavatın özü seçkilərdə iştirakda maraqlıdır. Deməli, mən o vaxtı düzgün addım atmışdım".

Xəbər lenti

Xəbər lenti