...

Azərbaycanın ali məktəblərinə distant təhsil üzrə tələbə qəbulu niyə aparılmır?

Cəmiyyət Materials 10 Oktyabr 2014 16:38 (UTC +04:00)
Azərbaycanda ali təhsilin bakalavr səviyyəsi üzrə distant təhsilə keçidin ləngimə səbəbi açıqlanıb.
Azərbaycanın ali məktəblərinə distant təhsil üzrə tələbə qəbulu niyə aparılmır?

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali təhsilin bakalavr səviyyəsi üzrə distant təhsilə keçidin ləngimə səbəbi açıqlanıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın təhsil qanunvericiliyində distant təhsil forması təhsil formalarından biri kimi göstərilsə də, bu gün yalnız ixtisasartırma və ixtisasın dəyişməsi təhsili üzrə distant təhsil sistemi tətbiq edilir. Amma hələ indiyədək bakalavr səviyyəsində distant təhsil tətbiq olunmayıb. Bunun səbəbi isə bakalavr səviyyəsi üzrə distant təhsilin təşkili üçün heç bir hüquqi-normativ sənədin olmamasıdır: "Yalnız "Təhsil haqqında" qanunda təhsil alma forması kimi distant təhsil qeyd edilib. Ancaq distant təhsilin hansı mexanizmlə, necə təşkil edilməsi müəyyənləşdirilməyib, bunun əsasnaməsi yoxdur. Bu əsasnamə hazırlanmalıdır. Əgər biz qiyabi təhsili ləğv edib distant təhsilə keçmək istəyiriksə, onda bunun qanunvericilik bazası yaradılmalıdır. Bu isə o qədər də çətin məsələ deyil".

O, əlavə edib ki, yalnız MDB ölkələri istisna olmaqla, dünyanın heç bir ölkəsində qiyabi təhsil forması yoxdur, distant təhsil sistemi var.

Azərbaycanda da qiyabi təhsil fromasının distant təhsillə əvəz olunmasını vacib sayan komitə sədri deyib ki, bunun üçün çox ciddi texnoloji baza yaratmaq lazımdır.

Ş.Hacıyevin sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində artıq 10 ilə yaxındır ki, ABŞ-ın İndiana Universiteti ilə birgə layihə çərçivəsində distant təhsil sistemi forması çox uğurla tətbiq olunur. Bu təcrübəni Azərbaycanın digər universitetləri arasında yaymaq olar: "Elə universitetlər var ki, onlarda əyani təhsil alan tələbələrin sayı 20 min, distant təhsil alan tələbələrin sayı isə 100 mindir. Bu, indiki bazar iqtisadiyyatı şəraitində çox böyük vəsait gətirər. Həmin əldə olunan vəsait həm müəllimlərin əməkhaqlarının yüksəldilməsinə, həm də maddi-texniki bazanın yaxşılaşmasına, infrastrukturun yaradılmasına sərf oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti