...

Azərbaycanda "Facebook" istifadəçilərinin sayı azalır

Cəmiyyət Materials 1 Mart 2015 13:30 (UTC +04:00)
Azərbaycanda aktiv "Facebook" istifadəçilərinin sayı azalıb.
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı azalır

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda aktiv "Facebook" istifadəçilərinin sayı azalıb.

Trend məlumat verir ki, "Global State" statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda aktiv "Facebook" istifadəçilərinin sayı 7% azalıb.

"Facebook" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı fevralın sonuna 81,57 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 21 faiz ötür.

2015-ci ilin ilk 2 ayı ərzində isə "Twitter" istifadəçilərinin sayı 52,2 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda fevralın sonuna Twitter-ın payı 8,57 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 9,3 faiz çoxdur.

Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 2,38 faizlə "В контакте" qərarlaşıb. "Pinterest" - 2,08%, "Google+" - 1,94%, "Tumblr" - 1,93% və "YouTube" 0,47 faizlə sonrakı yerləri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti