...

Gecə bu küçədən və yol ötürücüsündən keçməyin

Cəmiyyət Materials 20 May 2015 11:31 (UTC +04:00)
Gecə Bakıda nəqliyyatın hərəkəti bir küçədə qismən, bir yol ötürücüsündə isə tam məhdudlaşdırılacaq.
Gecə bu küçədən və yol ötürücüsündən keçməyin

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlkin İzzət/

Gecə Bakıda nəqliyyatın hərəkəti bir küçədə qismən, bir yol ötürücüsündə isə tam məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gecə Neftçilər prospektində qismən, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq.

Göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən axşam saat 22:00-dan səhər saatlarınadək tətbiq ediləcək. Tərtib olunmuş qrafikə əsasən, Neftçilər prospektinin R.Behbudov küçəsi ilə kəsişməsindən R.Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq. Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpüdə isə anoloji işlərə gecə 00:00-da başlanılacaq.

"Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti