...

Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Londonda səfərdədir

Cəmiyyət Materials 3 İyun 2015 10:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 3-12 iyun 2015-ci il tarixlərində London şəhərində keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edir.
Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Londonda səfərdədir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Londonda səfərdədir. Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan və 1995-ci ildən Azərbaycan üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) iyunun 3-12-də Londonda keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edir.

Məlumatda qeyd olunur ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın II-1, II-2 Fəsillərinə və əlavələrinə, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın V Fəslinə, A-V/3 və B-V/3 bölmələrinə, eləcə də "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın 1978-ci il və 1988-ci il tarixli Protokollarına təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlərdir.

Eyni zamanda, tədbir zamanı dəniz üzgüçülüyünün təhlükəsizliyinin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, sərnişin gəmilərinin təhlükəsizliyi və digər bu kimi məsələlərlə də əlaqədar ümumi müzakirələr aparılacaq.

Həmçinin, Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər və təcrübə mübadiləsi aparılması da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti