...

Azərbaycanda insan alveri qurbanları ilə bağlı yeni baza yaradılır

Cəmiyyət Materials 7 İyul 2015 10:19 (UTC +04:00)
Azərbaycanda insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazası yaradılacaq.
Azərbaycanda insan alveri qurbanları ilə bağlı yeni baza yaradılır

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazası yaradılacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, həmin bazanın məlumatları insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim edilir.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla razılaşdırmaqla xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdankənar mütəxəssislər cəlb edilir.

İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları xüsusi müəssisənin fəaliyyətinin təşkil edilməsi, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası üzrə işlərə cəlb olunur.

Qaydalara edilən dəyişikliklərə əsasən, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyəti və fəaliyyətinə nəzarət məqsədi ilə hüquqi yardımın göstərilməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi ilə bağlı bənd ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti