...

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Cəmiyyət Materials 20 İyul 2015 13:10 (UTC +04:00)
Sabah Azərbaycanda 35 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Sabah Azərbaycanda 35 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti