...

Bakıda aeroport yolunda sürət həddi azaldıldı (FOTO)

Cəmiyyət Materials 1 Yanvar 2016 14:12 (UTC +04:00)
Paytaxtda hava limanı istiqamətindəki yollarda sürət həddi azaldılıb
Bakıda aeroport yolunda sürət həddi azaldıldı (FOTO)

Bakı. Trend:

Paytaxtda hava limanı istiqamətindəki yollarda sürət həddi azaldılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Böyükşor - hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - hava limanı avtomobil yolunda sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 km/saatdan 60 km/saata qədər azaldılıb.

Qeyd edək ki, hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti