...

Bakıda idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb (FOTO)

Cəmiyyət Materials 7 May 2016 14:20 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.
Bakıda idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.

Kişi və qadın idman gimnastları arasında təşkil olunacaq yarışlarda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt təmsilçiləri medallar uğrunda mübarizə aparacaqlar.

Həm kişilər (böyüklər - 1998-ci il təvəllüdlülər və daha böyüklər; gənclər - 1998-2001; balacalar - 2003-2004; uşaqlar - 2005-2006; kiçiklər - 2006-2007; yeni başlayanlar 2008-2009), həm də qadınlar (böyüklər - 2002-ci il təvəllüdlülüər və daha böyüklər; gənclər - 2003-2004; balacalar - 2005-2006; uşaqlar - 2007-2008; kiçiklər - 2008-2009) 5 yaş qrupu üzrə çoxnövçülükdə qalibləri müəyyən edəcəklər. Ümumilkdə iştirakçıların sayı 65-dir (36 kişi və 29 qadın).

İki günlük turnirdə tamaşaçılar Rio 2016 Olimpiya Oyunlarının iştirakçıları Oleq Stepko və Petro Paxnyuk, həmçinin bu ilin fevral ayında Bakıda keçirilmiş idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun bürünc medalçısı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnovanın peşəkar çıxışlarını izləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti