...

Hava meteohəssas insanlar üçün əlverişli olacaq

Cəmiyyət Materials 25 İyul 2016 12:40 (UTC +04:00)
Növbəti 2 gündə hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
Hava meteohəssas insanlar üçün əlverişli olacaq

Bakı. Trend:

Növbəti 2 gündə hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

İyulun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, həmçinin iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında iyulun 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti