...

"Araz" zavodunda partlayış zamanı xəsarət alanlardan daha ikisi evə buraxılıb

Cəmiyyət Materials 27 İyul 2016 19:36 (UTC +04:00)
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.
"Araz" zavodunda partlayış zamanı xəsarət alanlardan daha ikisi evə buraxılıb

Bakı. Trend:

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.

Trend-ə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda belə deyilir.

Xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti