...

Azərbaycan bayrağını təhqir edən türk valisi cəzasına çatdı

Cəmiyyət Materials 28 İyul 2016 16:20 (UTC +04:00)
Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput Fətullah Gülən hərəkətı ilə əlaqədə ittiham olunaraq saxlanılıb.
Azərbaycan bayrağını təhqir edən türk valisi cəzasına çatdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bursa vilayətində 2009-cu ildə Ermənistan-Türkiyə futbol matçı zamanı meydana Azərbaycanın dövlət bayrağının keçirilməsinə icazə verməyən və bayrağı təhqir edən sabiq vali Şəhabəddin Harput Fətullah Gülən hərəkətı ilə əlaqədə ittiham olunaraq saxlanılıb.

Trend bu barədə Türkiyənin “Bursa Hakimiyyət” qəzetinə istinadən məlumat verir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti