...

Azərbaycanda 5 yaşlılar üçün tədrisin başlanılması vaxtı açıqlanıb

Cəmiyyət Materials 7 Sentyabr 2016 14:32 (UTC +04:00)
Azərbaycanda məktəbəhazırlıq qruplarında tədrisin başlanılması vaxtı açıqlanıb.
Azərbaycanda 5 yaşlılar üçün tədrisin başlanılması vaxtı açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda məktəbəhazırlıq qruplarında tədrisin başlanılması vaxtı açıqlanıb.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, məktəbəhazırlıq qruplarında məşğələlər bir qayda olaraq, oktyabrın 1-dən, bu il isə oktyabrın 1-i şənbə günü olduğundan məşğələlər oktyabrın 3-dən başlayacaq.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında yaradılacaq. Hazırda həmin qruplara ərizə qəbulu davam etdiyindən cəlb olunacaq uşaqların sayını dəqiq göstərmək mümkün deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" yeni qərarına əsasən, bu ildən dövlət ümumtəhsil məktəblərində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları açılacaq. Azərbaycanda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti