...

Büdcədən səhiyyəyə ayrılan xərclər artırılır

Cəmiyyət Materials 29 Sentyabr 2016 16:12 (UTC +04:00)
Gələn il dövlət büdcəsindən səhiyyə sahəsinin xərcləri üçün 775.8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Büdcədən səhiyyəyə ayrılan xərclər artırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn il dövlət büdcəsindən səhiyyə sahəsinin xərcləri üçün 775.8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, 2017-ci ilin dövlət büdcəsinin layihəsinə əsasən, həmin xərclər dövlət büdcəsi xərclərinin 4,7 faizini təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 0,2 faiz çoxdur.

2017-ci ildə səhiyyə xərclərinin 180,3 milyon manatı məqsədli proqramların və tədbirlərin maliyyələşməsinə sərf ediləcək.

Xərclərin 22,2 milyon manatı böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə, 18,5 milyon manatı hemofiliya və talassemiya irsi qan xəstəliklərinin müalicəsi üzrə tədbirlərə, 39,3 milyon manat xərcəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına, 36,1 milyon manat şəkərli diabet xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına və s. xərclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti