...

Bərdədə zəhərlənən 5 yaşlı uşağın anası da xəstəxanaya yerləşdirildi

Cəmiyyət Materials 3 Noyabr 2016 20:06 (UTC +04:00)
Noyabrın 1-də Bərdənin Xanərəb kəndində pomidor turşusundan baş verən zəhərlənmə ilə bağlı daha bir nəfər xəstəxanaya yerləşdirilib.
Bərdədə zəhərlənən 5 yaşlı uşağın anası da xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Noyabrın 1-də Bərdənin Xanərəb kəndində pomidor turşusundan zəhərlənənlərdən daha bir nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib.

Baş həkim bildirib ki, bu gün səhər saatlarında həmin hadisə ilə bağlı daha bir nəfər xəstəxananın qəbul şöbəsinə müraciət edib: "Müraciət edən şəxs 1991-ci il təvəllüdlü Məmmədova Cəmalə Zaman qızıdır. O həmin gün pomidor turşusu yediyini və hazırda özünü pis hiss etdiyini bildirib. C.Məmmədova xəstəxanaya yerləşdirilib və müalicə olunur.

Xatırladaq ki, C.Məmmədova hadisə nəticəsində zəhərlənərək xəstəxanaya yerləşdirilən və səhhəti ağır olan 5 yaşlı Cahid Məmmədovun anasıdır.

Bərdədə zəhərlənən 5 yaşlı uşaq süni nəfəs aparatına qoşuldu

Bərdədə zəhərlənən 5 yaşlı uşaq süni nəfəs aparatına qoşuldu

Qeyd edək ki, noyabrın 1-də axşam saatlarında Bərdə raynunun Xanərəb kəndində pomidor turşusundan zəhərlənən 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədov ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

C.Məmmədovun vəziyyəti kritik olduğundan o, süni nəfəs aparatına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti