Bakı. Azad Həsənli - Trend:
Gəncədə xalçaçılıq kombinatı və toxuculuq fabrikinin fəaliyyətini bərpa etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə bu, ölkədə yüngül sənayənin inkişafı baxımından çox vacibdir.
Millət vəkili deyib: “Əvvəl xalçaçılıq kombinatında 2,5 milyon kvadratmetr xalça istehsal olunurdu. İndi isə müəssisənin fəaliyyəti dayanıb, biz isə Çin və Dubaydan xalça idxal edirik”.
O, həmçinin bu müəssisələrin fəaliyyətinin bərpa edilməsinin 3 minədək yeni iş yeri yaradılmasına səbəb olacağını deyib.