...

Bəhruz Quliyev: "Reket" jurnalistlərin ifşası cəmiyyətin sağlamlaşmasına xidmət edir

Cəmiyyət Materials 7 Dekabr 2016 16:07 (UTC +04:00)
Mətbuatdan sui-istifadə halları, "reket" jurnalistlərin fəaliyyəti son dövrlərdə daha da aktuallaşıb.
Bəhruz Quliyev: "Reket" jurnalistlərin ifşası cəmiyyətin sağlamlaşmasına xidmət edir

Bakı. Samir Əli - Trend:

Mətbuatdan sui-istifadə halları, "reket" jurnalistlərin fəaliyyəti son dövrlərdə daha da aktuallaşıb. Bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda "reket" jurnalistika 90-cı illərin əvvəlindən başlayıb: "Həmin vaxt hələ internet resurslarından istifadə məhdud idi. O vaxtlar Azərbaycanda "reket ordusu" formalaşdı. Ölkədə xaos, anarxiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan mətbuatında da belə bir problem ortaya çıxdı və "reket" jurnalistlər cəmiyyətdə özünə yer elədi. Sonrakı dövrlərdə bunun acı nəticəsini çəkməyə başladıq. Bu gün də ənənəvi jurnalistika "reket" jurnalistikadan əziyyət çəkir. Bu gün əsl jurnalistika ilə "reket" jurnalistika cəmiyyətdə fərqləndirilmir, insanlar ayırd edə bilmirlər. Amma müsbət haldır ki, bu gün ənənəvi mətbuat öz işi ilə məşğuldur, peşə fəaliyyətini diqqətlə yerinə yetirir, Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərir. "Reket" şəbəkə isə bunun tam əksinə hərəkət edir, yaranmış vəziyyətdən sui-istifadə edir, Azərbaycanda azad söz, azad fikir, azad mətbuatdan öz mənafeləri üçün yararlanmağa çalışır. Bu gün "reket" jurnalistlər sosial şəbəkələrdən modern formada istifadə edirlər".

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının insanları şantaj edən "reket" şəbəkəsini ifşa etməsinə gəlincə, B.Quliyev bu əməliyyatı yüksək qiymətləndirib: "Belə əməliyyatlara, bu cür təbliğatlara hətta ənənəvi mətbuatın özü də qoşulmalı, həmin "reket" jurnalistlərin ifşası üçün hüquq-mühafizə orqanlarına yardımçı olmalıdır. Bu mübarizə bizim cəmiyyətin sağlamlaşmasına xidmət edən addımlardandır. Vətəndaş cəmiyyətinin formalaşmasında mətbuatın da böyük rolu var. Əgər cəmiyyətdə qeyri-sağlam ünsürlər olarsa, cəmiyyət başqa istiqamətə yönələr. Ona görə də DTX-nin gördüyü tədbirlər çox uğurludur və əminəm ki, bu tədbirlər Azərbaycan mətbuatının sağlamlaşmasına xidmət edəcək. Amma biz də bu mübarizəyə qoşulmalıyıq və bu çirkabdan qurtulmalıyıq".

Baş redaktor bildirib ki, bu cür tədbirləri Azərbaycan mətbuatına qarşı əməliyyat adlandırmaq olmaz: "Ümumiyyətlə, bu şəxsləri Azərbaycanın mətbuat nümayəndəsi adlandırmaq olmaz. Onların mətbuat nümayəndəsi adlandırılması bizim beynəlxalq imicimizi aşağılayacaq. Həmin şəxsləri jurnalist adlandırmaq məsələyə qeyri-peşəkar yanaşmadır. Dövlət mətbuatın inkişafında maraqlıdır. 2013-cü ildə Prezident İlham Əliyev "Jurnalistlərin dostu" elan edildi. Bu o deməkdir ki, dövlət rəhbərliyi mətbuatın sağlamlaşmasında, demokratik fəaliyyətində və inkişafında maraqlıdır. Bu da birbaşa cəmiyyətin, hüquqi dövlətin inkişafına xidmət edən amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti