...

ŞAD XƏBƏR - "Cəfər Cabbarlı" stansiyasının birinci yolu açıldı (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2016 10:27 (UTC +04:00)
Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərindən sonra bu gün istifadəyə verilib.
ŞAD XƏBƏR - "Cəfər Cabbarlı" stansiyasının birinci yolu açıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərindən sonra bu gün istifadəyə verilib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yol bu gün səhər saatlarından istifadəyə verilib.

Xatırladaq ki, "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işləri ilə əlaqədar dekabrın 7-də iki həftəlik bağlanmışdı. Təmir işləri bir həftə ərzində yekunlaşdığından yol bu gün istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti