...

Qardaşını güllələyib öldürən şəxs 18 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 19 Yanvar 2017 11:50 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qardaşını güllələyib öldürən şəxs 18 il azadlıqdan məhrum edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Rəşidzadə 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib öldürüb. Hadisə zamanı A.Rəşidzadə öz həyat yoldaşı, 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızını da qolundan yaralayıb. M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti