...

“Bakı Metropoliteni” dezinfeksiya işləri aparacaq

Cəmiyyət Materials 21 Yanvar 2017 12:13 (UTC +04:00)
“Bakı Metropoliteni” QSC-də deratizasiya, dezinfeksiya və dezinseksiya işlərinə dair xidmətin göstərilməsinin satın alınması üzrə tender elan edilib.
“Bakı Metropoliteni” dezinfeksiya işləri aparacaq

Bakı. Trend:

“Bakı Metropoliteni” QSC-də deratizasiya, dezinfeksiya və dezinseksiya işlərinə dair xidmətin göstərilməsinin satın alınması üzrə tender elan edilib.

Trend-in məlumatına görə, tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı ş, Nəsimi r-nu, M.Rəfili 20 (Əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: 490-00-00) ünvanından ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti