...

"Azəravtoyol" gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət Materials 27 Yanvar 2017 13:49 (UTC +04:00)
Ölkə ərazisində qar yağacağı və havaların kəskin şaxtalı keçəcəyi xəbərdarlığı ilə əlaqədar "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib.
"Azəravtoyol" gücləndirilmiş iş rejiminə keçdi

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində qar yağacağı və havaların kəskin şaxtalı keçəcəyi xəbərdarlığı ilə əlaqədar "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, bununla bağlı qurumun bütün texnikaları hazırlıqlı vəziyyətə gətirilib:

"Yollar buz bağlayacağı təqdirdə yollara texnika və canlı qüvvə çıxarılacaq və hərəkətin fasiləsizliyi üçün tədbirlər görüləcək. Lazım olduğu təqdirdə xüsusi problemli ərazilər öncədən nəzarətə götürüləcək. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı toplanıb".

A.Nəcəfli bildirib ki, bütün bu tədbirlərlə yanaşı, sürücülər də ehtiyatlı olmalıdırlar:

"Sürücülər nasaz avtomobillərlə, mövsümə uyğun olmayan şinlərlə yollara çıxmasınlar. Yollarda tədbirlər görülsə də, nasaz avtomobillərlə sürücülərin yollarda qalması ehtimalı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti