...

Cocuq Mərcanlıda minaatan mərmiləri tapıldı

Cəmiyyət Materials 13 Fevral 2017 12:42 (UTC +04:00)
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində beton quyulardan 5 ədəd minaatan mərmisi tapılıb.
Cocuq Mərcanlıda minaatan mərmiləri tapıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində beton quyulardan 5 ədəd minaatan mərmisi tapılıb.

Bunu Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov deyib.

A.Aslanov bildirib ki, ərazinin təmizlənməsi işləri hazırda davam etdirilir:

“Ərazi tam yoxlanılacaq. Tikintiyə təhvil vermək üçün həmin ərazi təmiz olmalıdır. Ona görə də biz o əraziləri qarış-qarış yoxlayacağıq. Hazırda işləri daha da intensivləşdirmişik, çünki ərazini tikintiyə təhvil vermək lazımdır”.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti