...

Azərbaycanın bu mobil operatorundan tariflə bağlı YENİ XƏBƏR

Cəmiyyət Materials 20 Fevral 2017 08:08 (UTC +04:00)
2017-ci il martın 18-dən “Azercell Telekom” MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən “Postpaid” və “Prepaid” abunəçiləri üçün vahid tarif tətbiq edəcək
Azərbaycanın bu mobil operatorundan tariflə bağlı YENİ XƏBƏR

Bakı. Hüseyn Vəliyev - Trend:

2017-ci il martın 18-dən "Azercell Telekom" MMC mobil operatoru dörd ölkədə rouminq xidmətlərindən istifadə edən "Postpaid" və "Prepaid" abunəçiləri üçün vahid tarif tətbiq edəcək.

Trend-in məlumatına görə, vahid tariflər ABŞ, Yeni Zelandiya, Kanada və Avstraliya operatorlarının şəbəkələrində qüvvədə olacaq.

İstiqamətindən asılı olmayaraq daxil olan zənglərin 0,32 manat, edilən zənglərin qiyməti isə 2 manat olacaq. İnternet-trafikin bir meqabaytı 4 manat, istiqamətindən asılı olmayaraq bir SMS-in qiyməti 0,20 manat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti