...

ATƏT-İN MƏTBUAT AZADLIĞI OFİSİ AZƏRBAYCAN JURNALİSTLƏRİ VƏ MƏTBUAT XİDMƏTİ ƏMƏKDAŞLARI ÜÇÜN SEMİNAR KEÇİRİR

Cəmiyyət Materials 18 İyul 2005 16:09 (UTC +04:00)

"Azad mətbuat demokratiyanın ən dəyərli elementlərindən biridir.Azad mətbuatın olmadığı hər hansı bir ölkədə azad seçkilərin keçirilməsindən söhbət belə gedə bilməz". Trend informasiya agentliyi xəbər verir ki, bu bəyanatla ATƏT-in Vyana ofisinin mətbuat azadlığı məsələləri üzrə nümayəndəsi Mikloş Xarasti iyulun 18-də, "Creaseant Beach" mehmanxanasında öz işinə başlamış "Demokratik cəmiyyətdə jurnalistlər və dövlət idarələrinin mətbuat xidmətlərinin münasibətləri" mövzusunda seminarda çıxış edib.

ATƏT-in təşkilatçılığı ilə keçirilmiş seminarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, bir sıra nazirlik və komitələrin mətbuat xidmətlərinin rəhbərləri, jurnalistlər, beynəlxalq ekspertlər iştirak ediblər.

KİV-lərin inkişafı, yeni jurnalist kadrların hazırlanmasının Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri olduğunu söyləyən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, bu baxımdan seminarın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Belə bir seminarın keçirilməsi təklifinin ötən il Azərbaycanın XİN-i tərəfindən irəli sürüldüyünü xatırladan natiq, layihənin gerçəkləşməsinə yardım göstərdikləri üçün ATƏT-in mətbuat azadlığı məsələləri ofisinə öz minnətdarlığını bildirib.

Seminarın həm KİV, eləcə də mətbuat xidməti əməkdaşları üçün faydalı olacağına əminliyini bildirən xarici işlər nazirinin müavini onlara gələcək əməkdaşlıqda uğurlar arzulayıb.

ATƏT-in mətbuat azadlığı məsələləri ofisinin əməkdaşları seminarda çıxış edərək məlumatın ilk mənbədən alınması, onun oxucuya çatdırılması, bu zaman obyektivliyin qorunması, eləcə də quruma üzv olan ölkələrdə mətbuat azadlığı sahəsində qanunvericilik bazasının vəziyyəti barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, 3 gün davam edəcək seminarda tədbir iştirakçıları jurnalist lər və mətbuat xidməti əməkdaşlarının etik normaları, "hakimiyyət-mətbuat", mətbuat xidməti rəhbərinin vəzifələri, mətbuat konfranslarının hazırlanması və onun keçirilməsi və s. mövzularda mühazirələri dinləyəcək, praktiki məşğələlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti