...

"EXCELCIOR" MEHMANXANASININ AÇILIŞ MƏRASİMİ AVQUSTA QƏDƏR TƏXİRƏ SALINIB

Cəmiyyət Materials 22 İyul 2005 14:21 (UTC +04:00)

Qafqazda ən iri və rahat "Excelcior" mehmanxanasının iyulun 22-ə planlaşdırılmış rəsmi açılış mərasimi avqustun 1-nə təxirə salınıb. Bu barədə Trend agentliyinə mehmanxananın sahibi "AtaHoldinq" şirkəti tərəfindən bildirilib. Məlumatda təxirə salınmanın texniki məsələlərlə əlaqədar olması qeyd edilir.

Mehmanxananın açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilirdi.

61 otaqdan ibarət olan yataqxana kompleksi rahatlığı, tərtibatı, dizaynı və göstəriləcək xidmətlərlə fərqlənəcək. "Excelcior"da Azərbaycana gələcək dövlət rəhbərləri üçün xüsusi iqamətgahlar ayrılıb.

"AtaHoldinq"dən verilən məlumata görə, mehmanxanın inşası üçün şirkət 20 mln dollar vəsait sərf edib.

Xəbər lenti

Xəbər lenti