...

ÖLKƏMİZİN OT ÜZƏRİNDƏ XOKKEY ÜZRƏ İQADIN YIĞMASI VİNNİTSDƏDİR

Cəmiyyət Materials 25 İyul 2005 16:50 (UTC +04:00)

Ot üzərində xokkey üzrə Avropa çempionatının bu il sentyabrın 5-11-də Bakıda keçiriləcək qadınlar arasında "Trofi" liqasına (ali liqadan sonrakı) hazırlıq məqsədilə Ukrayna- Rusiya komandaları arasında yoldaşlıq görüşlərinin keçirildiyi Vinnits şəhərindədirlər.

Ot üzərində xokkey Federasiyasının mətbuat xidmətindən Trend də verilən məlumata görə, bizim qızlar ukraynalılarla iki dəfə görüşüb: birinci matçda Azərbaycan yığması 5:1 hesabı ilə qalib gəlib, ikincidə isə görüş heç-heçə (2:2) başa çatıb.

Rusiyalı xokkeyçilərlə matçda oyunun sonunda 7 dəqiqə ərzində qızlarımız 2:0 hesabı ilə yarışı başa vurmağa hazırlaşsalar da, lakin rusiyalı hakimlərin "səyləri" rusiyalalıra qapıya iki top vurmağa və hesabı bərabərləşdirməyə imkan verdi. Sabah komandamız yenidən rusiyalılarla, daha sonra isə yenidən meydan sahibləri ilə oynayacaq. İyulun 28-də komandamız Bakıya qayıdacaq.

Avropa çempionatına idmançılardan başqa yarışların təşkilatçıları da səylə hazırlaşırlar. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Bakıdv xokkey stadionu üçün təşkilata 325 min dollara başa gələn xaricdən yeni örtük gətirilib və döşənib.

Xəbər lenti

Xəbər lenti