...

USAID AZƏRBAYCANDA İLK TİBBİ YARDIM SİSTEMİNƏ DƏSTƏK LAYİHƏSİNİ HƏYATA KEÇİRMƏYƏ BAŞLAYIB

Cəmiyyət Materials 15 Sentyabr 2005 14:00 (UTC +04:00)

Amerikanın "ABT Assosiated" qeyri-hökumət təşkilatı beynəlxalq tibb korpusu ilə birlikdə Azərbaycanda ilk tibbi yardımın təkmilləşdirilməsi üzrə layihəni həyata keçirir. Layihə çərçivəsində 12,5 mln dollar dəyərində işlərin görülməsi nəzərdə tutulub. Bu barədə Trend ə sentyabrın 15-də ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətində bildirilb.

Layihə Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bilavasitə dəstəyi ilə maliyyələşir. Layihə ölkə regionlarında İTY məntəqələrinin restrukturlaşdırılmasına və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib.

Qeyd edək ki, "ABT Assosiated" Orta Asiya ölkələrində də belə layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti