...

AZƏRBAYCAN KİKBOKSÇULARI DÜNYA ÇEMPİONATINDA MÜBARİZƏYƏ BAŞLAYIBLAR

Cəmiyyət Materials 20 Sentyabr 2005 16:58 (UTC +04:00)

Azərbaycanın kikboks üzrə yığması sentyabrın 20-də Mərakeşdə başlayan kikboksinq üzrə çempionatda iştirak edəcəklər.

Trend in məlumatına görə, Ümumdünya Kikboksinqlər Şurası Assosiasiyasının himayəsi altında keçirilən yarışda respublikamızı 8 atlet təmsil edəcək. Komandanın tərkibinə beşqat dünya çempionu Eduard Məmmədov (60 kq), Emil Kərimov (54 kq), Rahim Allahverdiyev (63,5 kq), Şamil Şərifov (71 kq), Araz İsmayılov (75 kq), Ehram Məcidov (81 kq), Vüsal Əliyev (86 kq) və Hafiz Baxşəliyev (+91 kq) daxildir. Ç.Eyvazov qeyd edib ki, onun yetirmələrinin demək olar ki, hər bir çəki kateqoriyası üzrə qələbə çalmaq qabiliyyətindədirlər və nəzərə almaq lazımdır ki, məhz azərbaycanlı döyüşçülər yarışın favoritlərindən biri hesab edilirlər.

Xəbər lenti

Xəbər lenti