...

AZƏRBAYCANDA TURİZMİN İNKİŞAF PLANI BU GÜNLƏRDƏ PREZİDENTƏ TƏQDİM OLUNACAQ

Cəmiyyət Materials 4 Oktyabr 2005 14:04 (UTC +04:00)

ABŞ-ın Dövlət Departamentinin dəstəyi ilə amerikalı ekspertlər tərəfindən hazırlanmış Azərbaycanda turizmin inkişaf planı prezident İ.Əliyevə təqdim olunub. Bu barədə Trend ə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyindən bildirilib.

ABŞ-ın Dövlət Departamentinin ticarətin inkişaf agentliyinin ekspertləri artıq Azərbaycanda olublar və ölkənin investisiya imkanlarına dair hesabat hazırlayıblar. Azərbaycanda olduqları yarım il ərzində onlar turizmin inkişafı üçün daha böyük potensiala malik regionlara səfərlər edərək materiallar toplayıblar. Toplanmış məlumatlar Azərbaycanda turizmin inkişafına dair master-planın hazırlanmasıda istifadə olunub.

Layihə "Kaspian İnvest-Qrup" tərəfindən işlənib. Bu sənədin qəbul olunduqdan sonra Azərbaycanın turizm potensialı son dərəcə artacaq. Bütün səylər turizmin qeyri-neft sektorunda aparıcı yer tutmasına və ölkədə yoxsulluğun azaldılmasında xüsusi rol oynamasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti