...

VOLEYBOL YIĞMASI VETERANLARI YOLA SALMAĞA HAZIRLAŞIR

Cəmiyyət Materials 13 Oktyabr 2005 15:10 (UTC +04:00)

Azərbaycanın qadın voleybol yığmasının veteranlarının vida matçının yaxın gələcəkdə Milli Federasiya tərəfindən təşkil olunacağı gözlənilir.

Komandanın baş məşqçisi Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, Yelena Şabovta, Alla Həsənova və İnessa Qorxmaz şərəflərinə benefis keçirilməyə layiqdirlər. "Bu oyunçular ölkə idmanının xeyrinə çox işlər görüblər. Onlar "AzərReyl"in və beynəlxalq arenada yığmamızın uğurlarının ayrılmaz hissəsidirlər", - deyə məşqçi bildirib. O qeyd edib ki, qısa müddət ərzində komandada əsas rol oynayan voleybolçuları əvəz etmək mümkün olmayacaq.

Yelena Şabatova və İnessa Qorxmazın Türkiyə klublarında hələ də oynadıqlarını, A.Həsənovanın isə vətənə yalnız bu həftənin sonunda qayıdacağını nəzərə alaraq görüşün tarixi hələ müəyyən olunmayıb.

Xəbər lenti

Xəbər lenti