...

TİFLİSDƏ CƏNUBİ QAFQAZDA GENDER BƏRABƏRLİYİNƏ DAİR TƏDBİR KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 13 Oktyabr 2005 21:10 (UTC +04:00)

"Oktyabrın 14-də Gürcüstanda Cənubi Qafqazda gender bərabərliyinə dair tədbir keçiriləcək" Trend xəbər verir ki, tədbiri Gürcüstan parlamenti ilə Avropa Şurası Parlament Assambleyasının Qadın və Kişilərlə Bərabər İmkanlar üzrə Komitəsi təşkil edib.

Tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan olan qadın parlamentariləri ilə yanaşı BMT-nin ekspertləri də iştirak edəcəklər. Tədbirdə Cənubi Qafqaz ölkələri üzrə qadınların vəziyyətinə dair məlumatlar veriləcək.

Qadınların sağlamlığı, onlara qarşı zorakılıq, münaqişələrin qarşısının alınmasında və həllində qadınların rolu məsələləri müzakirə ediləcək.

Tədbirdə Azərbaycanı millət vəkili Afət Xanbabayeva təmsil edəcək.

Bununla bağlı olaraq zərurət qeyd olunur: Azərbaycan prezidenti İlham Əliyevin 11 may 2005-ci il tarixli "Seçki praktikasının təkmilləşdirilməsi haqqında" sərəncamının icra edilməsi; rəngləmədən "seçicilərin vəsiqələrində çatışmamazlıqları kompensasiya edən element kimi" istifadə olunması; toplantı və aksiyaların keçirilməsi yolundakı maneələrin ləğv edilməsi; ötən seçkilərin gedişində Seçki qanunvericiliyini pozmuş şəxslərə münasibətdə Baş prokurorluq tərəfindən istintaq tədbirlərinin başlanması.

Xəbər lenti

Xəbər lenti