...

Ombudsman vətəndaşları qan xəstəliklərindən əziyyət çəkən uşaqlara kömək etməyə çağırır

Cəmiyyət Materials 11 Noyabr 2005 15:04 (UTC +04:00)

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova vətəndaşları qan xəstəliklərindən əziyyət çəkən uşaqlara kömək etməyə çağırır. Bu barədə noyabrın 11-də keçirdiyi mətbuat konfransında məlumat verən ombudsman qana ehtiyacı olan uşaqlara, xüsusən hemofiliya, talassamiliya və digər xəstəliklərdən əziyyət çəkənlərə kömək məqsədilə 10 gün müddətində qan donorluğu aksiyası keçirmək təşəbbüsünü irəli sürüb. O bildirib ki, ombudsman aparatı da bu missiyaya qoşularaq qan verəcək.

Azərbaycanda 3000-dək uşağın qan xəstəliklərindən əziyyət çəkdiyini nəzərə çatdıran E.Süleymanova qeyd edib ki, onların 217-si hemofiliyalı, 627-si isə talassemiyalı uşaqlardır. Ombudsman donorluq sahəsində geniş maarifləndirmə işlərinin aparılmasının vacibliyini də vurğulayıb.

Azərbaycanda hər 12 nəfərdən birinin bu xəstəliyin daşıyıcısı olduğunu deyən Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev yaxın günlərdə bu sahədə iki dövlət proqramının qəbul ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti