...

Rus tarixçisi Azərbaycanda öz kitabının təqdimatını keçirir

Cəmiyyət Materials 12 Yanvar 2006 16:04 (UTC +04:00)
Rus tarixçisi Azərbaycanda öz kitabının təqdimatını keçirir

Məşhur rus tarixçisi, Yazıçılar İttifaqının və Jurnalistlər İttifaqının üzvü, professor Rudolf Nikolayeviç İvanov özünün "Bayazidin müdafiəsi: həqiqət və yalan" kitabının Azərbaycanda təqdimatını keçirir. Trend in məlumatına görə, kitabın təqdimatı Bakı Slavyan Universitetində (BSU) müəllim və tələbələrin iştirakı ilə keçirilib.

Mərasimi açarkən, BSU-nin rektoru, professor Kamal Abdulla yazıçı tarixçinin əməyini çox yüksək qiymətləndirib. Onun sözlərinə görə, əsər Qafqazın tarixi barədə "həqiqəti oxucuya maksimum yaxınlaşdırır" və onların diqqətini "Qafqaz tarixinin düyünlü anlarına" cəlb edir.

Rektor tələbələrin diqqətinə R.İvanovun Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Məclisinin deputatı, alimin işləri ilə çox maraqlanan Mehriban Əliyevin şəxsi qonağı olduğunu çatdırıb.

R.İvanovun sözlərinə görə, o hazırda hazırda Hüseyn xan Naxçıvanskiyə həsr olunmuş tarixi roman üzərində çalışır və onunla bağlı materiallar toplayır. Bu məqsədlə tarixçi Naxçıvana səfərə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti