...

Səhiyyə Nazirliyi "quş qripi"nin Azərbaycana keçməsinin qarşısının alınması ilə bağlı işlər aparır

Cəmiyyət Materials 17 Yanvar 2006 14:41 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi "quş qripi" virusunun ölkəyə keçməsinin qarşısının alınması ilə bağlı işlər aparır. Nazirliyin mətbuat xidmətində Trend ə bildirilib ki, bu məqsədlə qonşu ölkələrdən, xüsusilə Türkiyə və İrandan Azərbaycana daxil olan bütün avtomobillər müvafiq baxışdan keçirilir, yerində bütün nəqliyyat vasitələrinin dezinfeksiyası aparılır. Nazirlikdə qeyd oluneub ki, hazırda sərhəd buraxılış məntəqələrində tibb mütəxəssisləri çalışır və onların əsas vəzifələrindən biri nəqliyyat vasitələrində olan sərnişinlərin müşahidə edilməsidir.

"Belə ki, bu xəstəlik ürəkbulanma, başgicəllənmə kimi bir sıra əlamətləri ilə seçilir və bu əlamətləri daşıyan şəxslər yerindəcə nazitrliyin mütəxəssisləri tərəfindən təcili müayinə edilir" -deyə nazirlikdə vurğulanıb.

Dövlət strukturunda həm də qeyd olunub ki, 2005-ci ilin oktyabrından Türkiyə və İrandan quş məhsullarının gətirilməsinə qadağa qoyulub.

Bundan başqa, səhiyyə nazirliyinin nümayəndələri Dövlət Baytarlıq Xidməti, ekologiya və təbii sərvətlər nazirliyi, Azərbaycan Ovçular Birliyinin nümayəndələri ilə birgə ölkədə bu virusun müəyyən edilməsi məqsədilə monitorinq aparılması üçün yaradılmış Xüsusi Komissiyanın tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti