...

Prokuror məhkəmədən "Borçalıbank"ın prezidentinə 15 illik həbs cəzası tələb edib

Cəmiyyət Materials 25 Yanvar 2006 14:45 (UTC +04:00)

Yanvarın 24-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Borçalıbank"ın prezidenti Novruz İsmayılovun və bankın idarə heyətinin sədri Məzahir Əhmədovun cinayət işi üzrə keçirilən məhkəmə iclasında prokuror öz çıxışında N.İsmayılova 15, M.Əhmədova isə 12 illik həbs cəzası təyin olunmasını tələb edib. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik edən hakim Sədrəddin Hacıyev məlumat verib.

Prokuror çıxışında qeyd edib ki, istintaq orqanları tərəfindən Novruz İsmayılova və Məzahir Əhmədova qarşı irəli sürülmüş ittihamlar məhkəmə yolu ilə tam sübuta yetirilib.

Həmin ittihamlar vergidən yayınmadan, etibardan və qulluq mövqeyindən sui-istifadə etmədən, aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdən ibarətdir.

Yanvarın 30-da məhkəmə müttəhimlərin son sözünü dinləyəcək. Fevralın ilk ongünlüyündə isə məhkəmənin hökmü elan olunacaq.

Xəbər lenti

Xəbər lenti