...

"Xəzər Lənkəran"ın oyunçusuna göstərilmiş sarı vərəqə ləğv edildi

İdman Materials 28 Noyabr 2014 16:39 (UTC +04:00)
"Xəzər Lənkəran"ın oyunçusuna göstərilmiş sarı vərəqə ləğv edilib.
"Xəzər Lənkəran"ın oyunçusuna göstərilmiş sarı vərəqə ləğv edildi

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

"Xəzər Lənkəran"ın oyunçusuna göstərilmiş sarı vərəqə ləğv edilib.

Trend qurumun saytına istinadən məlumat verir ki, "Xəzər Lənkəran" klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək Premyer Liqanın IV turunun "Xəzər Lənkəran" - "İnter" matçında "Xəzər Lənkəran" klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş edib.

Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib. İntizam Komitəsi matçın videoyazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra qərar qəbul edib ki, matçın 59-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 8 №-li futbolçusu Q.İvanova göstərilmiş sarı vərəqə hakim tərəfindən epizod duzgün qiymətləndirilmədiyinə ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti