...

İsrail gimnastı: Bakı tamaşaçıları digər ölkələrin təmsilçilərini də dəstəkləyir

İdman Materials 23 İyul 2016 16:41 (UTC +04:00)
Bakı tamaşaçıları təkcə öz idmançılarını deyil, digər ölkələrin təmsilçilərini də dəstəkləyir.
İsrail gimnastı: Bakı tamaşaçıları digər ölkələrin təmsilçilərini də dəstəkləyir

Bakı. Trend:

Bakı tamaşaçıları təkcə öz idmançılarını deyil, digər ölkələrin təmsilçilərini də dəstəkləyir. Bu da çox xoşdur.

Bunu Trend-ə israilli gimnast Neta Rivkin deyib.

İki gün ərzindəki çıxışını şərh edən N.Rivkin qeyd edib ki, bəzi qüsurlara yol verib. Amma finalda maksimum diqqətli və səhvsiz çıxış edəcəyinə ümid edir.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti