...

Rusiyalı idmançılar bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük yarışlarının qalibi olub

İdman Materials 23 İyul 2016 18:33 (UTC +04:00)
Rusiyanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası çoxnövçülük yarışlarının qalibi olub.
Rusiyalı idmançılar bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük yarışlarının qalibi olub

Bakı. Trend:

Rusiyanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda çoxnövçülük yarışlarının qalibi olub.

Trend-in məlumatına görə, iki hərəkətin yekunu üzrə rusiyalı gimnastlar 37.650 bal toplayıblar.

İkinci yeri israilli (36.800 bal), üçüncü yeri isə italiyalı gimnastlar (36.700) tutublar.

Azərbaycanın qrup hərəkətləri komandası isə çöxnövçülük yarışlarında 34.150 bal yığaraq 7-ci yerlə kifayətləniblər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti